Laçın rayon Mərkəzi kitabxanası

Laçın rayon MKS
Tədbirlər
12 İyun , 2014

Hüseyn Camal oğlu Hüseynzadənin(Hüseyn Arif) 90 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Tədbiri MKS –nin direktoru O.Şükürova açdı. Xidmət şöbəsinin müdiri İ.Xıdırova Hüseyn Arifin həyat və yaradıcılığı haqqında oxuculara məlumat verdi.Hüseyn Arif 1924-cü il iyun ayında Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. O, Bakı Pedaqoji məktəbində təhsil almış,ikinci dünya müharibəsi dövründəUkrayna cəbhəsihdə Polşa, Çexoslovakiya və Almaniya ölkələrində olmuşdur. Sovet Ordusu sıralarından tərxis olunduqdan sonra ADU-nun Şərqşünaslıq fakultəsində təhsil almışdır. O, bir neçə redaksiyada çalışmış,1982- ci ildən Aşıqlar Birliyinin sədri işləmişdir. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. ... Tədbirdə Hüseyn Arifin poema və pyeslərindən parçalar səsləndirilmişdir.